05 İyun 2026
Dünya futbolu

Sabiq “Liverpul”lu Braziliyaya getmək istəyir

Roberto Firmino Səudiyyə Ərəbistanı klubu “Əl-Əhli”dən ayrılmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçuya ölkəsindən təklif var. Oyunçu özü də Braziliyaya qayıtmaq niyyətindədir.

Firminonun klubla müqaviləsi gələn ilin yayında başa çatır. Ulduz futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43