04 İyun 2026
Dünya futbolu

Rəhbərlik Fabreqasa 100 milyon ayıracaq

A Seriyası klubu “Komo” baş məşqçisi Sesk Fabreqasla bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik ispaniyalı mütəxəssislə yola davam edəcək. Yerli mətbuat növbəti mövsüm klubun büdcəsinin artacağını da  yazır.

Rəhbərliyin transferlərə 100 milyon avro ayırmağı planlaşdırdığı qeyd edilir.

36 tura 48 xal toplayan “Komo” hazırda turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43