25 İyun 2026
Ölkə futbolu

PFL dəyişikliyə gedir – Ölkə futbolunda bir ilk yaşanacaq? (EKSKLÜZİV)

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan kubokunda reqlamenti dəyişdirmək qərarını götür-qoy edir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqası ilə yanaşı həm də kubokun keçirilməsinə cavabdeh olan qurum turnirdə ikili matçların sayını azaltmaq qərarına gəlib. Belə ki, 2025/2026 mövsümündən etibarən ölkə kubokunda yarımfinala kimi olan görüşlərdə qalib bir oyuna əsasən müəyyənləşəcək.

Kubokda 1/2 finala kimi olan bütün oyunlarda ev sahibi komanda isə püşk yolu ilə seçiləcək. Yalnız yarımfinal matçları ev-səfər prinsipi iə oynanılacaq.

Qurum bununla bağlı müzakirələrini davam etdirir və mövsümün əvvəlində bu məsələ konkretləşdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43