13 İyun 2026
Dünya futbolu

Yamal Reşfordla oynamaq istəyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona” klubu oyunçunun xidmətində maraqlıdır. Kataloniya təmsilçisi futbolçu üçün danışqlara başlayacaq. Komandanın aparıcı üzvlərindən olan Lamin Yamal da Reşfordun alınmasını istəyir. 

Transfer ehtimalını artıran digər amil isə Reşfordun tanınmış futbol agenti Pini Zahavi ilə əməkdaşlığa başlamasıdır. Zahavi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin və polşalı hücumçu Robert Levandovskinin də nümayəndəsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43