21 İyul 2026
Dünya futbolu

“Liverpul”un sabiq qapıçısı futboldan gedir

“Liverpul”un sabiq qapıçısı Pepe Reyna peşəkar futbol karyerasını bitirir.

İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib. Reyna uzun müddətdir bunu düşündüyünü bildirib.

“Barselona” akademiyasından çıxan ispaniyalı qapıçı sonrakı illərdə “Vilyarreal”, “Liverpul”, “Napoli”, “Bayern”, “Milan”, “Aston Villa”, “Latsio” kimi klublarda forma geyinib və karyerasını “Komо”da başa vurur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43