08 İyun 2026
Dünya futbolu

“Real” onun üçün 120 milyon ödəyəcək?

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını “Real”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, artıq futbolçu ilə razılıq əldə olunub. Klublar danışıqları davam etdirir. 

“Çelsi” 24 yaşlı oyunçunun satışından 120 milyon avro gəlir gözləyir.  Onun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.

Fernandes cari Premyer Liqa mövsümündə 35 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43