13 İyun 2026
Dünya futbolu

“Sabah” “Fənərbağça” ilə eyni turnirdə

“Sabah”ın U-12 komandası beynəlxalq futbol turnirində iştirak edəcək.

İdmanxeber.az xəbər verir ki, kollektiv Türkiyənin Rize şəhərində təşkil olunacaq “Rize Cup” turnirində qüvvəsini sınayacaq.

Turnirdə “Sabah”la yanaşı, Türkiyədən “Başakşehir”, “Fenerbahçe”, “Qaziantep”, “Gençlerbirliği”, “Rizespor” və “Samsunspor”, həmçinin Gürcüstanın “Dinamo” (Batumi) komandaları da iştirak edəcək.

“Rize Cup” 29 may – 1 iyun tarixlərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43