19 İyun 2026
Dünya futbolu

“Real” Ançelotti ilə yollarını ayırdı

“Real” baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik italiyalı mütəxəssislə müqaviləni qarşılıqlı olaraq ləğv edib. Klub açıqlamasında Aneçlottiyə xidmətlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

İtaliyalı mütəxəssisin yaxın günlərdə Braziliya millisinin baş məşqçisi təyin olunacağı gözlənilir. Ançelottini isə bu vəzifədə “Bayer”dən ayrılan Xabi Alonso əvəzləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43