“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandadan ayrılır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi bu gün tutduğu vəzifədən istefa verəcək. O, yeni mövsümdə komandanın başında olmayacaq. Bağırov “Turan Tovuz” görüşündən sonra bunu rəsmən açıqlayacaq.
Xatırladaq ki, “Kəpəz”də rəhbərlik dəyişikliyi olub. Daha öncə mətbuatda kluba əcnəbi mütəxəssisin gətiriləcəyi iddia olunurdu.

