22 İyul 2026
Dünya futbolu

“Araz Naxçıvan” futbolçusu ilə müqavilə uzatdı

“Araz-Naxçıvan” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, ötən mövsüm komandanın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni sözləşmə imzalanıb. Müdafiəçi 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43