13 İyun 2026
Dünya futbolu

“Mançester Siti” 33 yaşlı qapıçı ilə maraqlanır

“Çelsi”nin qapıçısı Markus Bettinelli karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Skott Karsonun gedişindən sonra qapıçı axtarışında olan “şəhərlilər” 33 yaşlı ingilislə maraqlanır.

Bettinelli 2021-ci ilin yayından “Çelsi”də çıxış edir. O, London klubunda cəmi bir oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43