06 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted”in futbolçusuna böyük maraq

“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Aston Villa”, “Tottenhem” və “Nyukasl” klubları maraqlıdır. 25 yaşlı oyunçu karyerası ilə bağlı yekun qərarını verməyib. 

2024/25 mövsümündə Sanço icarə əsasında “Çelsi”də çıxış edib. O, “zadəganlar”ın heyətində bütün turnirlərdə 42 matçda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Transfermarkt portalı futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir. Onun “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43