05 İyun 2026
Ölkə futbolu

Klublararası dünya çempionatı Azərbaycanda bu kanallarda yayımlanacaq

Bu yay keçiriləcək Klublararası dünya çempionatı Azərbaycanda rəsmi olaraq 4 kanalda ortaq yayımla göstəriləcək.

İdmanxeber.az xəbər verir ki, bunlar ATV, ARB, TVNET Sport və Sport TV kanalları olacaq.

Azarkeşlər çempionatın bütün görüşlərini (63 oyun) Sport TV və TVNET Sport kanalları vasitəsi ilə, saat 23.00-da olan oyunları isə ATV və ARB kanallarında izləyə biləcəklər.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-ın 11 şəhərindəki 12 stadionunda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43