Kosta-Rika milli komandasının futbolçusu Dieqo Kampos karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Ağdam klubu futbolçunun xidmətində maraqlıdır. İddia edilir ki, “Qarabağ” artıq oyunçu üçün təsmi təklif göndərib.
“Köhlən atlar”ın Kosta-Rikanın əsas liqa təmsilçisi “LD Alaxuelense” ilə danışıqlar apardığı bildirilir.
Sol vinger mövqeyində çıxış edən Kampos milli komandada 3 oyun keçirib və 1 qol vurub.

