04 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” fransalı futbolçunu transfer etmək istəyir

“Ayntraxt”ın futbolçusu Hüqo Ekitike “Mançester Yunayted”in transfer siyahısında yer alıb.

İdmanxeber.az-ın məlumatına görə,  İngiltərə klubu Ekitike üçün 70 milyon avro ödəməyə hazırdır.

22 yaşlı forvard “qırmızı şeytanlar”a keçməyə müsbət yanaşır.

Qeyd edək ki, fransalı futbolçu meydana çıxdığı 48 matçda rəqib qapısından 22 top keçirib.

 

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43