04 İyun 2026
Ölkə futbolu

“Neftçi” onlardan da qurtulmaq istəyir

“Neftçi” növbəti mövsüm üçün çalışmaları davam etdirir. Rəhbərlik artıq müqaviləsi başa çatan bir neçə futbolçu ilə yolları ayırıb. 

Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rafael Quzzo və Robert Bauerin növbəti mövsümdən “ağ-qaralar”da olmayacağı açıqlanıb. Ancaq rəhbərlik daha bir neçə futbolçu ilə vidalaşa bilər. 

Söhbət Edvin Kuç və Andrey Ştoqrindən gedir. Oyunçular baş məşqçi Samir Abasovun gələcək planlarına daxil deyil. Hər iki futbolçu da klubdan göndərilə bilər.

Ancaq onların “flaqman”la müqavilələri davam edir. Bu səbəbdən də futbolçuların komandadan ayrılma ehtimalı yüksək deyil. “Neftçi” rəhbərliyi isə onlardan qurtulmağın yolunu axtarır.

Xatırladaq ki, Kuçun 2026-cı, Ştoqrinin isə 2027-ci ilə qədər paytaxt təmsilçisi ilə sözləşməsi var.

İdmanxeber.az

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43