21 İyul 2026
Dünya futbolu

İvan Perişiçlə yeni sözləşmə imzaladı

Niderlandın PSV klubu müqaviləsi başa çatan İvan Perişiçlə yeni sözləşmə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı futbolçu 2027-ci ilin yayına kimi komandada qalacaq.

İvan Perişiç 2024-cü ilin sentyabr ayından PSV-də çıxış edir. Təcrübəli ön xətt oyunçusu Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 16 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43