“Fənərbağça”dan ayrılan Edin Cekonun yeni klubu bəlli oldu.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvard “Fiorentina”da çıxış edəcək. Onunla 1+1 illik müqavilə bağlanıb. 39 yaşlı futbolçu növbəti mövsüm A Seriyasında mübarizə aparacaq.
Ceko ötən mövsüm Super Liqada 34 oyun keçirib və 14 qol vurub.

