“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah”a məxsus olan yarımmüdafiəçi Abdulla Rzayev icarə əsasında komandanın şərəfini qoruyacaq.
“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

