25 İyun 2026
Dünya futbolu

“Liverpul”un futbolçusu “Bavariya”ya keçir

“Liverpul”un vingeri Luis Diaz karyerasını “Bavariya”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 28 yaşlı kolumbiyalı üçün 52 milyon avro təklif edib. Daha əvvəl futbolçunun şəxsi müqavilənin şərtlərinə razı olduğu bildirilirdi.

Ötən mövsüm Diaz 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43