21 İyun 2026
Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: “Sabah”ın futbolçusu “Sumqayıt”da

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda müqavilə ilə “Sabah”a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini 1 illik icarəyə götürüb.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43