13 İyun 2026
Dünya futbolu

“Yuventus”dan Premyer Liqaya gedir

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luiz karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Everton” 27 yaşlı braziliyalının transferi üçün təklifini təqdim edib. Futbolçu ilə “Aston Villa” və “Vest Hem” də maraqlanır”.

Duqlas Luiz 2024-cü ilin yayından “Yuventus”da çıxış edir. 2024/25 mövsümündə 27 yaşlı braziliyalı bütün yarışlarda 27 matç keçirib və qol vurmayıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43