“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Udineze”dən Lorenzo Lukanı icarəyə götürüb. Tərəflər arasında imzalanan sözləşmənin detalları açıqlanmayıb.
24 yaşlı hücumçu İtaliya A seriyasının 2024/2025 mövsümündə 33 oyun keçirib, 12 qol vurub və bir məhsuldar ötürmə edib.

