21 İyul 2026
Ölkə futbolu

“İmişli” yoxlama oyununda qalib gəldi

“İmişli” bu gün ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi “Araz-Naxçıvan”ın əvəzediciləri ilə qarşılaşıb.

Oyun “İmişli”nin qələbəsi ilə yekunlaşıb – 2:1.

“İmişli” “Sumqayıt”, “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə də qarşılaşacaq.

Qeyd edək ki, “İmişli” Premyer Liqada ilk oyununu “Turan Tovuz”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43