21 İyul 2026
Ölkə futbolu

Rəşad Sadıqov jurnalistlər önünə çıxacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Hayduk Split”(Xorvatiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

İdmanxeber.az xəbər verir ki, ilk olaraq meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov media nümayəndələrinin qarşısına çıxacaq:

“Zirə”

22 iyul

18:00 “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı (8-ci km qəsəbə stadionu)
19:00 Media üçün açıq məşq (Suraxanı qəsəbə stadionu)

“Hayduk Split” (Xorvatiya)

22 iyul

19:00 “Hayduk Split”un baş məşqçisi Qonsalo Qarsiya mətbuat konfransı (8-ci km qəsəbə stadionu)
19:30 Media üçün açıq məşq (8-ci km qəsəbə stadionu)

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43