05 İyun 2026
Ölkə futbolu

“Neftçi” Polşa klubu ilə heç-heçə etdi – YENİLƏNİB

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Samir Abasovun komandası yerli “Termalitsa”  klubu ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

“Ağ-qaralar”ın qollarını Freddi Varqas və Bassala Sambou vurublar.

Qeyd edək ki, “Neftçi” Polşa toplanışında bundan əvvəl “Hapoel Təl-Əviv” (İsrail) ilə heç-heə edib. Komanda iyulun 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda Kipr AEL-i ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43