04 İyun 2026
Dünya futbolu

“Mançester nəhəngləri” Morten Hyulmandın keçidi uğrunda yarışa başladı

“Sportinq”in danimarkalı yarımmüdafiəçisi Morten Hyulmand karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Mançester Yunayted” və “Mançester Siti” 26 yaşlı futbolçunun transferi üçün mübarizəyə qoşulub.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Hyulmandın bazar dəyəri 50 milyon avro civarındadır.

Qeyd edək ki, ötən mövsüm təcrübəli futbolçu “Sportinq”in heyətində 47 oyuna çıxaraq 3 qol və 2 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43