27 İyun 2026
Ölkə futbolu

Bölgə klubu bütün futbolçularla müqaviləyə xitam verdi

2024/25 mövsümündə Azərbaycan 2-ci Liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

1-ci Liqa təmsilçisi tərəfindən oyunçulara təşəkkür ifadə olunub.

Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərfə məlumat veriləcəyi də qeyd edilib.

Xatırladaq ki, “Şahdağ Qusar” ciddi maliyyə problemləri ilə üzləşib. Bölgə təmsilçisinin sponsoru olan AZENKO şirkəti kluba dəstəyini dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43