04 İyun 2026
Dünya futbolu

PSJ futbolçusuna qiymət qoydu

PSJ hücumçusu Randal Kolo Muanini 60 milyon avroya satışa çıxarıb.

İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi 26 yaşlı futbolçunu məcburi satınalma şərti ilə icarəyə verməyə hazırdır. Son mövsümün ikinci yarısını “Yuventus”da keçirən Kolo Muani A Seriyasında uğurlu çıxışı ilə yadda qalıb.

Futbolçunun xidmətində “Mançester Yunayted” və “Tottenhem” də maraqlıdır.

Kolo Muani isə “Yuventus”da qalmaq istədiyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43