16 İyun 2026
Ölkə futbolu

“Şamaxı”dan ayrılan futbolçu Finlandiya klubunda

“Şamaxı”dan ayrılan Vasiliye Bakiç karyerasını Finlandiyada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “İlves” klubu ilə müqavilə imzalayıb. Finlandiya təmsilçisinin rəsmi açıqlamasına görə, serbiyalı futbolçu ilə mövsümün sonuna qədər razılıq əldə olunub.

Xatırladaq ki, Bakiç 2024/2025 mövsümündə “Şamaxı”nın heyətində Azərbaycan Premyer Liqasında 23 oyuna çıxıb və 1 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43