17 İyun 2026
Ölkə futbolu

Premyer Liqada ilk turun təqvimi: “İmişli” də Şamaxıya getdi 

Misli Premyer Liqasının 2025/26 mövsümündə I turun oyun cədvəli məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

15 avqust (cümə)

“Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 17:00

16 avqust (şənbə)

“İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 17:00

“Neftçi” – “Şamaxı”
“Neftçi Arena”, 20:00

17 avqust (bazar)

“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 18:30

“Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30

18 avqust (bazar ertəsi)

“Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu, 20:00

“İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43