26 İyun 2026
Dünya futbolu

“Arsenal” Lukmanı transfer etmək istəyir

“Arsenal” “Atalanta”dan ayrılmağa hazırlaşan Ademola Lukmanı heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçunun meneceri London klubu ilə danışıqlara start verib.

Nigeriyalı oyunçu ilə “İnter” də maraqlanır. Lakin təcrübəli hücumçu seçimini “Arsenal”dan yana edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43