15 İyul 2026
Dünya futbolu

“Real”ın hücumçusu birinci yerdədir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin ən çox qol vuran futbolçular siyahısını yeniləyib.

İdmanxeber.az xəbər verir ki, İspaniyanın “Real” klubunun forvardı Kilian Mbappe La Liqada vurduğu 3 qolla liderliyini möhkəmlədib. O, il ərzində ümumilikdə 24 qola imza atıb.

İyulda siyahının zirvəsində olan Əli Muhanəd (23 qol) isə 3-cü pilləyə enib. Onu geridə qoyan İsveçli Viktor Gyökeres də 23 qol vurub, lakin əlavə göstəricilərlə Muhanədi qabaqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43