24 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin yeni transferi düşərgəyə qoşulduMüqavilə an məsələsidi

Daha öncədən də xəbər verdiyimiz kimi, “Neftçi”nin yeni transferi Matye İfeanyi artıq Bakıdadı.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi sentyabrın 22-dən kollektivə qoşulub. Nigeriyalı futbolçu hətta komandanın dünənki məşqində də iştirak edib.

Təcrübəli oyunçu fərdi məşqlə kifayətlənməli olub.

Onun bu gün tibbi müayinədən keçəcək, daha sonra isə “ağ-qaralar”la müqavilə imzalayacaq.

Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində “Kanemi Varriors”, “Kano Pillars”(hər ikisi Nigeriya), “Lillestrom”(Norveç), “Osmanlıspor”(Türkiyə) və  “Sürix”(İsveçrə) klublarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43