UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyununa hakimlər açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, görüşü Niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək. Ona Ervin Zeynstra və Patrik İnya kömək edəcəklər. VAR-da Rob Dyeper, AVAR-da isə Yerun Manshot olacaq.
Qarşılaşma oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov stadionunda baş tutacaq.

