“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Qalatasaray”a 0:1 hesabı ilə uduzduqları görüş barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu oyunun çətin keçdiyini vurğulayıb:
“Futbol həyatımda belə atmosferlə qarşılaşmamışdım. Səs-küy səbəbindən diqqəti toplamaq çox çətin idi. Bunun öhdəsindən gələ bilmədik. “Qalatasaray”ı təbrik edirəm”.
Qeyd edək ki, İstanbul klubu növbəti matçını oktyabrın 22-də “Budo-Qlimt”ə qarşı keçirəcək.

