04 İyun 2026
Ölkə futbolu

Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru olacaq.

H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43