“Oyun 2:2 hesabı ilə bitsə də, biz qələbəyə layiq idik. İkinci hissədə əsl geridönüş etdik, ardıcıl qollar vuraraq hesabda önə keçdik. Təəssüf ki, son dəqiqələrdə qapımıza təyin olunan penalti 2 xal itirməyimizə səbəb oldu”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Alessio Kurçi “Zirə” görüşü sonrası deyib. Futbolçu xüsusilə son dəqiqələrdəki penalti epizoduna kəskin münasibət bildirib:
“Oyun haqqında nə deyim? Yaşananlar utancvericidir. Məncə, hamı həmin epizodu gördü. Matçdan sonra mən də videoya baxdım. Əgər bu penaltidirsə, mən futbolla vidalaşaram”.

