“Barselona”nın gənc futbolçusu Lamin Yamalın zədəsi ciddi deyil.
İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, 18 yaşlı vinger La Liqanın “Jirona” ilə oyununu buraxacaq, lakin ayın 26-da “Real”a qarşı keçiriləcək “El Klasiko”da iştirak edə biləcək.
Yamal bu mövsüm 5 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

