“Qarabağ”ın hücumçusu zədələnib.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Musa Qurbanlıdan gedir. Futbolçunun dizində ağrılar var.
Bu səbəbdən də onun iki həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir. Bu müddətdə futbolçunun müalicəsi davam edəcək.
Qurbanlı bu gün keçiriləcək “Turan Tovuz” və Çempionlar Liqası III turu çərçivəsində baş tutacaq “Atletik” matçını buraxacaq.
Həsən Quluzadə

