13 İyun 2026
Dünya futbolu

“Fiorentina”nın baş məşqçisi bəlli oldu

“Fiorentina”nın baş məşqçi postuna yeni təyinat rəsmiləşib.

İdmanxeber.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, komandanı Paolo Vanoli çalışdıracaq.

53 yaşlı italiyalı mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə Stefano Piolini əvəz edib.

Qeyd edək ki, Vanolinin sonuncu iş yeri “Torino” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43