“Mançester Siti” və “Real” “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslayın transferi ilə maraqlanır.
İdmanxeber.az yazır ki, hər iki klub 25 yaşlı futbolçunu izləyir. “Liverpul” isə onu saxlamaq istəyir və həftəlik 135 min avro maaşını artırmaqla yeni müqavilə təklif etməyi planlaşdırır.
Soboslay bu mövsüm 16 oyunda 2 qol və 5 assistlə yadda qalıb. Onun müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

