05 İyun 2026
Dünya futbolu

“Bavariya”nın hücumçusu Premyer Liqa klubuna doğru

“Bavariya”nın hücumçusu Maykl Olise Premyer Liqaya qayıda bilər.

İdmanxeber.az xəbər verir ki, “Liverpul” fransalı vingerin transferi ilə ciddi maraqlanır və onu Məhəmməd Salahın uzunmüddətli əvəzləyicisi kimi görür. Klub 23 yaşlı futbolçunu 2025-ci ilin yayında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Olise 2024-cü ilin yayında “Kristal Pelas”dan 53 milyon avroya transfer olunub. O, bu mövsüm 22 matçda 10 qol və 9 asistə imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43