05 İyun 2026
Ölkə futbolu

Azərbaycan – Fransa oyununun hakimləri müəyyənləşdi

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan – Fransa oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanı latviyalı hakim Andris Treimanis idarə edəcək. Ona Haralds Qudermanis və Aleksey Spasennikov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Vitali Spasennikov yerinə yetirəcək.

Matç 16 noyabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43