“Yuventus” türk futbolçusu Kenan Yıldızla yeni müqavilə barədə razılığa gəlib.
İdmanxeber.az xəbər verir ki, klubun strategiya direktoru Corco Kyellini danışıqların müsbət yekunlaşdığını və artıq yalnız rəsmi imzaların qaldığını açıqlayıb.
20 yaşlı hücumçu indiyədək Turin klubunda 98 oyuna çıxıb, 19 qol və 15 asistlə diqqət çəkib.

