07 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubu bu oyuna hazırlaşır – Qapılar azarkeşlərin üzünə açıqdı 

Premyer Liqanın XII turunda “Karvan-Yevlax” doğma meydanda “Kəpəz”i qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik cari mövsümün ilk ev oyunu üçün azarkeşlərə jest edib. Belə ki, stadiona giriş pusluz olacaq. Bu səbəbdən də qarşılaşmaya maraq olduqca yüksəkdir. Arenanın tam dolacağı gözlənilir.

Xatırladaq ki, “Karvan-Yevlax” – “Kəpəz” matçından öncə konsert proqramı təşkil ediləcək.

Görüş saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43