22 İyul 2026
İdman

Azərbaycan taekvandoçuları İsveçrədə 5 medal qazandılar

İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən qitə birinciliyinin üçüncü günündə Azərbaycan milli komandasının üzvü Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb. 

Digər təmsilçimiz Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib.

Bununla da Azərbaycan taekvondoçularının Avropa birinciliyində qazandığı ümumi medal sayı 5-ə çatıb: İlyas Hətəmli (48 kq), Elcan Əliyev (78 kq), Vasif Səlimov (68 kq), Mehdi Budaqlı (45 kq), Novruz Əliyev (51 kq).

Qeyd edək ki, Azərbaycanın beynəlxalq dərəcəli referisi Aygül Abdullayeva Avropa birinciliyində ən yaxşı qadın hakim adına layiq görülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43