Marselo Brozoviç “Beşiktaş”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Nəsr”in 33 yaşlı xorvat yarımmüdafiəçisi İstanbul klubunun transfer hədəfləri arasındadır.
“Beşiktaş” Brozoviçin meneceri ilə danışıqlara başlayıb və futbolçunun özü də bu keçidə müsbət yanaşır.
Brozoviçin “Əl-Nəsr”lə müqaviləsi 2026-cı ilin iyununa kimidir, lakin Səudiyyə klubu ona yeni sözləşmə də təklif edib.

