“Real Madrid”in hücumçusu Kilian Mbappe La Liqanın 14-cü turunda “Jirona” ilə oyunda (1:1) 2025-ci ildəki 60-cı qolunu vurub.
İdmanxeber.az-ın məlumatına görə, bununla fransalı forvard XXI əsrdə belə göstəriciyə çatan dördüncü futbolçu olub.
Daha öncə bunu Kriştianu Ronaldu,Robert Levandovski və Lionel Messi bacarmışdı.
Hazırda “Real Madrid” İspaniya çempionatında 2-ci yerdə qərarlaşıb və lider “Barselona”dan cəmi 1 xal geri qalır.

