07 İyun 2026
Ölkə futbolu

Azərbaycan kuboku: “Turan Tovuz”dan qələbə, “Neftçi” uduzdu 

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkib. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutan matçda “Turan Tovuz” 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb. Tovuz təmsilçisi növbəti mərhələdə “Araz-Naxçıvan” – “Kəpəz” cütünün qalibi ilə qarşılaşacaq.

Günün digər matçı isə Zirədə baş tutub. Bu mərhələnin ən prinsipial qarşıdurmasında “Zirə”  “Neftçi”ni məğlub edib – 1:0.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. 

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq. 

Azərbaycan kuboku

1/8 final

2 dekabr

19:00. “Zirə” – “Neftçi” – 1:0

Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu

15:00. “Şahdağ Qusar” – “Turan Tovuz” – 1:2

Qollar: Ayxan Hüseynov, 4-pen (0:1), Aleks Souza, 64 (0:2), F.Camalov , 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
“SOCAR Polymer Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43